Ən sürətlə qaçan məməli hansıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Ən sürətli qaçan məməli hepartdır. Hepart saatda 108 kilometr sürətlə qaçır.

Hepard pişik cinsinə mənsub olan heyvandır. Cənubi Afrika savannalarında yaşayır. Hepard 0 dan 108 km/s sürətə 3.1 saniyəyə çatır. Ancaq bu sürətlə çox uzun müddət qaça bilmirlər. Maksimal 500 metrdən artıq qaçdıqda bədən temperaturu 46 dərəcəyə qalxır. Buda hepart üçün çox təhlükəlidir.

Hepard çox sürətlə qaçsada ovlarının ancaq yarısını yeyə bilirlər. Sümüklərinin yüngül və nazik olması onların sürətlə qaçmasına kömək edir. Hepard qidasını yediyi zaman həmin bölgədə aslan, pələng kimi yırtıcılar gəldikdə ovunu orada buraxır. Hepardın sürətli qaçmasının bir səbəbi də quyruqlarının uzun olmasıdır. Qidalarını əsasən ceyran və impala təşkil edir. Sürətlə qaçmasının yanında kəskin döngələrdə edə bilirlər, bu zaman onların quyruqları sükan rolunu icra edir. Maksimal sürətlə qaçdıqda addımlarlnln ölçüsü 15 metrə olur

0 points