Lerik meşələrində nadir rast gəlinən heyvanlar hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Lerik rayonu Talış dağlarında yerləşir. Dağlarda yerləşən bu ərazi kolluq çəmən və meşələrdən ibarətdir. Meşələrdə və Lerik çayının sahilində Respublikamızın ərazisi üçün xarakterik olan heyvanlardan (qaban, tülkü, çaqqal, qonurayı və s.) başqa nadir heyvanlarada rast gəlinir.

Bunlardan bəbir, meşə pişiyi, martes dələsi (əsasən Avropa və Asiyanın dağlıq regionlarında olan meşələrdə rast gəlinir) və başqalarını göstərmək olar. Yaxın zamanlara qədər bu meşələrdə pələngə də rast gəlmək olarmış, hal-hazırda nəsili kəsilib.

Bəbir - pişiklər fəsiləsinə aid olan pante cinsinə mənsub heyvan növü olub 120-170 sm uzunluğunda, quyruğunun uzunluğu 95 sm, çəkisi 32-60 kiloqrama kimi ola bilir. Əzələli bədənə, qısa ayaqlara, kürən və sarı rəng üzərində qara xallar ilə örtülmüş yumuşaq xəzə malikdir. Əsasən Hindistan, Afrika (Böyük səhradan başqa), Ön və Cənubi Asiyada, nadir hallarda Azərbaycanda (Lerik və Naxçıvan ərazisində) yaşayır.

0 points