Ən çox susuz qala bilən heyvan hansıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çox su olmayan yerlərdə yaşamağa uyğunlaşmış heyvanlar quraq və çox isti şəraitlərdə bu uyğunlaşma nəticəsində həyatda qala bilirlər. Çox vaxt günün ən isti vaxtını kölgədə keçirməklə su itkisini azaltmağa çalışırlar.

Bəzi həşəratlar günün çox isti vaxtlarında özlərini torpağa bastırırlar. Yəni canlının davamlı günəş altında qalıb heç su içmədən yaşaması demək olarki mümkün deyil.

Bunlarıda nəzərə alaraq susuzluğa dayanıqlı müxtəlif heyvanları misal çəkə bilərik. Məsələ əqrəblər 3 ay ərzində su içmədən yaşaya bilirlər. Çöl siçanı demək olarki çox az su içməklə yaşaya bilir. Bu heyvan ehtiyacı olan suyu daha çox yediyi yeməklərdən alır. Komodo varanı adı verilən sürünən 1,5 ay susuz yaşaya bilir. Zürafələr və dəvələr təqribən 3 ay susuz qala bilirlər. İnsanlar isə təqribən 14 gün susuz yaşaya bilirlər.

0 points