Tornado answered
Ən çox endemik (dünyanın başqa yerində yaşamaq ehtimalı olmayan, həmin yerə xas heyvan vəya bitki) heyvan və bitki növü olan ölkə Madaqaskardır. Ölkədəki sürünənlərin 95%-i, məməlilərin 92%-i və bitkilərin 89%-i dünyanın başqa yerində yoxdur.
Madaqaskar Afrika qitəsinə aid olan ada ölkəsidir. Hind okeanının qərbində yerləşir. Mozanbik kanalı ölkəni Afrika qitəsindən ayırır. Dünyanın 4-cü böyük adasıdır. Paytaxtı isə Antananarivu şəhəridir. Əhalisi 20.000.000 nəfərdir. Ərazisi 587,040 kv km-dir. Rəsmi dilləri Malqaşca, Fransız dili və İngilis dilidir.
