Eldar şamı hansı ölkənin endemik bitkisidir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində Elləroyuğu adlanan yerdə  bitən endemik ağac növüdür. Bu şam dünyada təbii halda  yeganə bitdiyi yer Qabırrı çayının sağ sahilində Elləroyuğu dağıdır. Əvvəllər geniş ərazidə yayılmış olan bu meşələr Gəncə şəhərinə kimi yayılmışdı. Hazırda çox az bir ərazidə qalmışdır. 

Eldar şamının yayildığı ərazi dəniz səviyyəsindən 300-600 metr hündürlükdədir və burada yağıntının miqdarı çox azdır.

1910-cu ildə 33.5 min ha sanədə Eldar şamı yasaqlıq elan edilmişdi. Sonralar Türyançay və Göygöl qoruqlarının filialı olmuşdur. 2004-cü il 16 dekabr tarixində Samux rayonunun ərazisində Eldar Şamı qoruğu yaradılmışdır.

0 points
Mehman Aliyev answered

Eldar şamı Azərbaycanın Samux rayonu ərazisində yerləşən Eldaroyuğu dağında bitən enbemik bitkidir. "oyuq " sözünün mənası burada  nişan yeri mənasını bildirir.

0 points