Tornado answered
Sululuğuna görə dünyanın ikinci çayı olan Konqo ekvatorial iqlim qurşağından axdığına görə il boyu gursuludur. Çayın uzunluğu 4374 km , hövzəsinin sahəsi isə 4014500 km²-dir.
Çayın əsas xüsusiyyəti onun ekvatoru iki dəfə kəsməsidir. Çayın üzərində Livinqston və Stenli şəlalələri mövcuddur. Şəlalələrə əsasən kristallik bünövrənin səthə çıxdığı yerlərdə rast gəlinir. Konqo Qvineya körfəzinə tökülür və töküldüyü yerdə delta əmələ gətirmir. Çayın hövzəsindəki cəngəlliklərdə zəngin torf ehtiyatı olduğu aşkar edilib.