Tornado answered
Ekstruziv günbəzlər geniş əraziyə yayıla bilməyən, uzun sellər əmələ gətirmə qabiliyyətinə malik olmayan, qatı, turş lavalı vulkanlar üçün xarakterikdir. Yerin dərinliyindən sıxışdırılaraq çıxardılan lava çox tez bir zamanda qabıq bağlayaraq bərkiyir püskürmə mərkəzinin kənarındaca toplanır. Bu şəkildə toplanmış olan lava günbəz şəklini alır və yamaclarının meyl bucağı böyük olur.
Bu yolla yaranmış günbəzin hündürlüyü lavanın qatılığından asılıdır,lava nə qədər qatı olarsa, günbəz də bir o qədər hündür olar. Bu günbəzlərin nisbi hündürlüyü adətən 100-200m dən artıq olmur. müstəsna hallarda 400 və ya Naxçıvanda olan İlandağ günbəzində 600m-ə çatır.