İntruziv süxurlar necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer qabığını təşkil edən süxurlar üç yolla yaranır: maqmaqtik, çökmə və metomorfik. Maqmatik süxurlar özləri də iki yolla yaranırlar. Effuziv (maqmanın, vulkan püskürməsi zamanı, yer səthinə çıxması nəticəsində) yolla və İntruziv(maqmanın dərinlikdə soyuması nəticəsində) yolla.

Yer səthinə doğru hərəkət edən maqma müəyyən dərinlikdə, yüksək təzyiq altında yavaş-yavaş soyuyaraq intruziv mənşəli süxurları əmələ gətirir. Bu yolla yaranan süxurlar bərk, ağır, su keçirməyən olurlar. Bunlardan təbiətdə ən geniş yayılanı qranit, qabbro, müxtəlif filiz faydalı qazıntılar və s.  

0 points
Reyhan answered

Maqmanın soyuması nəticəsində 

0 points