Əhalinin sıxlığının çox olmasına görə ölkənin inkişaf səviyyəsini müəyyən etmək olarmı?
Tornado answered
Əhalinin sıxlığının çox və ya az olmasına görə ölkənin inkişaf səviyyəsini müəyyən etmək olmaz. Ölkənin inkişaf səviyyəsi İnsan inkişaf indeksinə (İİİ-özündə uzun- sağlam ömür, təhsil səviyyəsi, layiqli yaşayış standartlarını birləşdirir) və ÜDM-yə görə müəyyən edilir. Bu isə əhalinin sıxlığından asılı deyil.
Əhalinin sıxlığının cox olduğu Sinqapur, Cənubi Koreya inkişaf etmiş ölkələrdir, sıxlığı çox olan Banqladeş isə ən kasıb ölkələrdən sayılır. Yaxud, sıxlığın az olduğu Kanada, Avstraliya inkişaf etmiş ölkə, lakin sıxlığın az olduğu Namibiya, Monqolustan inkişaf etmiş ölkə deyil.