Eduard Züss kim olub?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qondvana superqitəsi və Tetis okeanının banisi kimi tanınan Eduard Züss məşhur Avstryalı geoloq və ictimayi xadim olmuşdur. Geologiya elmində onun rolu əvəzedilməzdir. Züssün geologiya elminə verdiyi töhfələr "Baltik qalxani", "biosfer" anlayışları və s. olmuşdur. 

Eduard Züss 1831-ci il 20 avqusta Londonda anadan olmuşdur. 1834 Praqaya və 1845-də isə Venaya köçmüşlər. Geologiya ilə maraqlanan Züssün ilk işi Karlsbadın geologiyası haqqında olmuşdur. O zaman onun 19 yaşı var idi. 1875-ci ildə Alpların mənşəyi kitabını yazmışdır. O, bu əsəri ilə dağəmələgəlmə prosessinin yeni mexanizmini izah etmiş və bununla geologiyada yeni mərhələ açmışdır. 

1883-1904-cü illərdə nəşr etdirdiyi Yerin siması əsərini nəşr etdirmişdir. Bu əsər 4 cilddən ibarət olub, 1-ci cilddə yer qabığında baş verən hərəkətləri təhlil etmişdir, 2-ci cilddə dağ silsilələrinin quruluş və istiqamətini, 3-cü cilddə dünya okeanında səviyyənin dəyişməsinə tektonik hərəkətlərin təsiri izah olunur, 4-cü cilddə bütövlükdə yerin təsviri əsas yer tutur.

0 points