Tornado answered
Əbu-Dabi şəhəri Birləşmiş Ərəb Əmirliyinin həm də Əbu-Dabi Əmirliyinin paytaxtıdır. Şəhər 4 böyük körpü ilə materikə birləşən adada yerləşir.
Dünyanın ən isti şəhərlərindən biri olan Əbu-Dabi tropik səhra iqliminə malikdir. Yağıntının miqdarı çox azdır. İl ərzində 50 mm-ə qədər yağıntı düşür. Yay ayının orta temperaturu 35.2 dərəcə olur və bəzən 50 dərəcəyə kimi yüksələ bilir.
Ölkənin adminstrativ mərkəzi olmaqla yanaşı həm də əsas maliyə və nəqliyyat mərkəzidir. Xidmət sahəsi daha yaxşı inkişaf edib. Şəhərin ətrafında Ümm-an-Narada böyük neft kimya kompleksi, Əl-Mussafahda sement, boru, gəmiqayırma, tibb avadanlıqları, plastik kütlə, mebel müəssisələri fəaliyyət göstərir.