Duranlar kimlərdir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İranda yaşayan bu tayfa ayrıca qrup təşkil edir. Azərbaycan dilində danışırlar, İslam dininin şiə təriqətinə sitayiş edirlər. Digərləri ilə qaynayıb qarışmırlar. 

Əvvəllər Təbrizdə yaşamış duranlar hazırda Taliqan bölgəsinin Montəzeran kəndində məskunlaşmışlar. Onların anadan olma sənədləri yoxdur, heç bir siyahıyaalınmada iştirak etmirlər. Texnika texnologiyanı qəbul etmirlər. Heç bir siyasi və sosial fəaliyyətləri yoxdur və öz inanclarını yaymırlar. 

Öz təlabatlarını ödəmək üçün Taliqan şəhərində işləyirlər. Əsasən  xalçaçılıqla məşğuldurlar. Mal və mülk ustündə heç kimlə dava eləmirlər. Onlara aid olan hər hansı bir əşyanı götürmək istəyən insana onu bağışlayırlar.

Onların qadın və qızlarını heç kim görmür. İmam Mehdinin zühuruna və axirətin olduğuna inanırlar. Çox varlı insanlar olub Təbriz bazarında xüsusi nüfuza malikdirlər.

0 points