Budizm stilində əyləncə mərkəzi. Vyetnamdakı bu park budizm stilində hazırlanmış bir əyləncə mərkəzidir. Bu parkın adı “Suoi Tien Park”dır. Parkda cənnət və cəhənnəm olaraq ayrılan iki yer mövcuddur. Bundan başqa timsah və yarasalarla dolu mağaralarda var.
Danimarkadakı böyük əyləncə mərkəzi. Bura Danimarkanın 4 böyük əyləncə mərkəzlərindən biridi. Bu parkda qeyri-adi oyuncaqlar və şokoladlar satılır. Bundan başqa qaz buraxan tranvay, ”Virajio” deyilən tranvay ( içərisi böyük it nəcisləri ilə doludur) və s. vardır.
İngiltərədə Sənaye İnqilabı mövzulu park. Bura İngiltərənin sənaye inqilabının səbəb olduğu qaranlıq tərəfləri göstərir. Burada vəba, dizenteriya kimi xəstəliklər və kimsəsiz uşaqlarda göstərilir.
Diqqerlend əyləncə mərkəzi. İngilislərin yaratdığı inşaat stilində bir parkdır. Bu parklardan İngiltərədə 4 ədəd vardır.