Tornado answered
Okeaniya adalar qrupuna daxil olan Yeni Qvineya adasının şərqini, Bismark arxipelaqını, Solomon adalarının şimalını və s. adaları özündə birləşdirən Papua-Yeni Qvineya müstəqil dövləti Sakit okeanın cənub qərbində yerləşir. Sahəsi 462 840 kv.km olan bu dövlətin rəsmi dövlət dili ingilis, tok-pisin və hiri-motu dilləri olmasına baxmayaraq əhali 820-dən çox dildə danışır.
Maraqlı faktlardan biri də odur ki, əhalinin cəmi 2%-i ingilis dilində danışır. Paytaxtı Port-Morsbi şəhəridir. Zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq infrastrukturun zəif olması onların istismarını çətinləşdirir. Ölkənin ixracatında neft, qızıl, mis, palma yağı, meşə materialları, kakao, kofe və s. əsas yer tutur.