Bəhreyn Krallığı haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Fars körfəzindəki adalarda yerləşən, Cənub Qərbi Asiya regionuna daxil olan kiçik ada dövlətidir. Ərəbistan yarımadası ilə Kral Fəhd körpüsü vasitəsi ilə birləşib. Adanın eramızdan əvvəl III minillikdə məskunlaşdığı güman edilir. 33 ada və adacıqdan ibarət olmasına baxmayaraq cəmi 5 adasında yaşayış var.

Ən iri adaları Bəhreyn, Mühərrək, Stra, Ümman-Həsən, Ümman-əs-Sübhan və Ciddədir. Şimal yarımkürəsinin subtropik səhra iqlimində yerləşən ölkənin ərazisi quraqdır, yağıntının miqdarı çox az, daimi axan çayları demək olar ki, yoxdur. İqtisadiyyatının əsasını neft və alüminium istehsalı təşkil edir. Bank sektoru yaxşı inkişaf edib. Ərzaq tələbatı əsasən xarici bazardan asılıdır.

0 points