Dünyanın ən böyük artezian hövzələri hansılardır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Artezian termini Fransanın Artua əyalətinin adından ( hansı ki, XII əsrdə ilk dəfə burada artezian sularından istifadə etmişlər)   götürülmüşdür. Bu sular iki sukeçirməyən lay arasında toplanan yüksək dərəcədə sıxılmış sulardır. Adətən xüsusi geoloji quruluşa malik çökmüş (sinklinallarda) ərazilərdə artezian hövzələri yaranır.

Dünyanın ən böyük artezian hövzəsi Rusiya Federasiyasının Qərbi Sibir hövzəsi sayılır. Bu hövzənin sahəsi 3 milyon kv.km-ə bərabərdir. İkinci böyük hövzə Avstraliyada yerləşən Böyük Artezian hövzəsidir 1.8 milyon kv.km-ə bərabərdir. Böyük səhrada yerləşən Qərb səhrası adlanan ərazidə böyük artezian hövzəsi olduğu müəyyən olunub. Amerikada Dakota və Viskonsin hövzələrini göstərmək olar. Qafqazda ən böyük artezian hövzəsi Kür-Araz ovalığındadır.

0 points