Bütün başqa məhsullar kimi neftin qiymətinin dəyişməsi bazarda tələb və təklifdən asılıdır. Əgər təklif azalarsa qiymətin artması müşahidə edilər ki, bu bazarda tələb ilə təklif bərabərləşənə kimi davam edər. Az müddət üçün baxıldıqda neftə olan tələb elastiki deil, qiymət təklifə az təsir edir. Orta və uzunmüddətli vaxt ərzində tələbin durmadan artması, bu avtomobillərin və texnikanın artması ilə əlaqədardır, müşahidə olunur. Dəfələrlə aparılan müşahidələr nəticəsində məlum olur ki, neftin qiymətinin kəskin artması dollarınin inflyasiyası ilə nəticələnir. Bunu ABŞ-ın Dünya bazarında ən böyük neft alıcısı olması ilə əlaqələndirirlər. Bunun da nə dərəcədə doğru olduğunu demək çətindir, çünki, son illərdə ən çox neft işlədən ölkələrin Çin və Hindistan olduğu görsənir.
Son illərdə neftin qiymətinin düşməsini yeni yataqların kəşfi ilə əlaqədar olaraq istehsalın artması ilə də əlaqələndirmək olar. Bir çoxları XXI əsrdə nef yataqlarının istismarı ilə əlaqədar bazarda tələb və təklif arasındakı aslılığın artacağını və "neft krizisinin" yaşanacağını düşünürlər. Məncə bu belə olmaya da bilər cünki, alternativ enerjidən istifadə neftə olan təlabatın azalacağını praqnozlaşdırır.