Tornado answered
Duman Yer səthinə yaxın təbəqədə su buxarının kondensasiyasına və sublimasiyasına deyilir. Havanın temperaturu -10 dərəcədən yuxari olduqda duman su zərrəciklərindən, -10 dərəcə ilə -15 dərəcə arasında olduqda su zərrəciyi və buz kristallarından,-15 dərəcədənçox olduqda buz kristallarından ibarət olur.
Duman zamanı adətən nisbi rütubətlik 100%-ə yaxın olur, ancaq yüksək şaxtalı havada (-30 və çox) nisbi rütubətlik 50% olduqda da duman yarana bilər. Ən çox dumanlı günlər, təxminən 200-220 gün, Kanadanın "Qrand Banks" və ABŞ-ın "Poind Reyes"ərazilərində müşahidə edilir.