Don çayı hara tökülür?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər.

Don düzənlik çayıdır. Orta meylliyi 0.1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12-15 km-a  çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.

Don çayı 1590 kilometr uzunluğunda, mənsəbdən Voronej şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Volqaqrad vilayətinin Kalaç-na-Donu şəhəri yaxınlığında Volqa ilə Don arasında məsafə ən yaxın (70 kilometr) olduğuna görə 1952-ci ildə onlar arasında Volqa-Don kanalı çəkilmişdir.

0 points