Qızılirmaq çayı hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Türkiyənin ən uzun çayı olan Qızılirmaq çayı Qızıldağ dağlarından başlanır. 

Çay böyükdərələrlə Anadolu yaylasının mərkəz və şərq hissəsini yuyaraq Şimali Anadolu dağlarını kəsib Qara dənizə tökülür. Mənsəbdə delta əmələ gətirir. Deltada yaranmış olan geniş bataqlaşmış ərazilər su quşlarının yaşaması üçün əlverişli olduğundan beynəlxalq əhəmiyyət kəsb edir.

Çayın kənarlarında Sivas, Bafra şəhərləri yerləşir. Gursululuq dövrü yaz aylarına azsululuq dövrü isə yay aylarına təsadüf edir. Suvarmada, enerji almaq üçün, su dəyirmanlarında istifadə olunur.

0 points