Tornado answered
Domlar qaraçıların şərq qoluna aid olub əsasən ərəb ölkələrində, Türkiyədə, İran, Kipr, Azərbaycan və digər Qafqaz ölkələrində, Orta Asiyada, Hindistanda və s. ölkələrdə yaşayırlar. Aşağı həyat səviyyəsinə malik, savadsız əhalidir.
Əsas dilləri domari dili olmasına baxmayaraq yaşadıqları ölkələrin dilində danışırlar. Domlar ən çox Misirdə yaşayırlar. 1999-cu ildən Qüdsdə “Domari qaraçı cəmiyyəti“ fəaliyyət göstərir.
Əsas məşğuliyyətləri: kiçik sənətkarlıq, qalayçılıq, rəqs etmək, mahnı oxumaq, musiqi çalmaq, fala baxmaq və s. İslam və xristian dininə sitayiş edirlər.