Dişləmə gücü ən çox olan heyvan hansıdır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Florida Zoologiya Universiteti tərəfindən aparılan araşdırmalara görə 4 metrlik orta boylu bir alliqatorun dişləmə gücü 963 kilogramdır. Böyük ölçülü alliqatorların isə 1340 kiloqrama qədər yüksələ bilir. Çaylarda yaşayan qalın qabıqlı tısbağaların belə qabıqlarını asanlıqla parçalaya bilirlər.

Alliqartor - Alliqatoridae fəsiləsindən olan bir timsah növüdür. Alliqator isti iqlimdə və axar sularda yaşayır. Ölçüsü böyük, qalın və qabıqvarı dərili bir sürünəndir. Alliqatorlar gecə daha yaxşı görürlər və rəngləri seçə bilmirlər.

Dişləmə gücünə görə ikinci heyvan isə torpaq tısbağasıdır. Böyük ölçülü bu tısbağanın erkəyinin dişləmə gücü 1000 kiloqrama qədər olur. Tısbağalar xordalılar tipinin onurğalılar yarımtipinə aid olan sürünənlər sinfinə məsub dəstədir. Yaşadığı mühitə görə ölçüsü və çəkisi dəyişir.

Bu sıralamada 3-cü yerdə isə kaftar yerləşir. Kaftar yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsidir. Bəzi növlərinin nəsli kəsilmə təhlükəsi var.

0 points