Diorit mənşəyinə görə hansı süxur tipinə aiddir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Diorit intruzv maqmatik süxur olub tərkibi augit, biotit, kvars və başqa minerallardan əmələ gəlmişdir.

Quruluşu tam kristallik və orta dənəlidir. Rəngi boz, azacıq yaşılımtıl tondadır. Dioritdən qranitə və qabbroya keçid formaları da məlumdur. 

Turş tərkibli olub tərkibində silisium oksidin miqdarı 61-69% təşkil edir. Bu minerala ən çox Şimali Amerikada (Kordilyer dağlarında), Böyük Britaniyada, Rusiyada (Ural dağlarında, Şimali Qafqazda və s.) və başqa yerlərdə rast gəlinir.

Dioriddən əsasən tikintidə üzlük material kimi, heykəllərin hazırlanmasında və bir çox başqa sahələrdə istifadə edilir.

0 points