Əfsanələrdə hər mədəniyyətdə dənizlərin, okenaların necə duzlandığından bəhs edən hekayələr var.
Dağların qayaların üzərində yağan yağışın tərkibində havadan aldığı bir miqdar ərinmiş karbon dioksid olur. Karbon dioksid və suyun birləşməsi karbon turşusunu əmələ gətirirki buda yağış suyunu biraz turşu halına gətirir. Yağış qayanı aşındırır, turşu isə qayanın tərkibindəki birləmələri əridib suya qarışdırır. Bu sulardakı ionlar axarsulara, dənizlərə, çaylara okeanlara tökülür.
Həll olmuş ionların çox hissəsi orqanizmlər tərəfində istifadə edilir. Bəzi ionlar orqanizmlər tərəfində istifadə edilmir və dənizin tərkibində yığılır. Dəniz suyunda ən çox olan və orqanizmalar tərəfindən ən az istifadə edilən ionlar xlorid ( Cl-) və natriumdur (Na+). Bu ionlar dəniz suyundakı ionların 90%-ni təşkil edir. Çay suları isə daha çox bikarbonat, kalium, kalsium və sulfatlardan təşkil olunub. Dəniz suyundakı ionlar: Xlorid (19,353), natrium (10,79), maqnezium (1.297), sulfat (2,712), kalsium (0,4123), kalium (0,399). Bunlar mində 35 duzluluq dərəcəsində olan dəniz suyunun 1 kiloqramındakı ionlardır.