Tornado answered
Delfinlər məməlilər sinifinin balinakimilər dəstəsinə mənsub heyvanlardır. Delfinlər cəld və sürətli heyvanlardır. Səs siqnalları yayırlar və bunları qəbul etmək sisteminə malikdirlər. Diri bala doğurlar. Hamiləlik dövrü 10-18 aydır.
Delfinlər növlərinə görə 1,2m - 7m arası uzunluqda və 40 kiloqramla 4,5 ton arasında dəyişir. Qidalarının əsasını balıqlar təşkil edir.
Delfinlər növlərinə görə dəyişməklə 30-ilə qədər yaşayırlar.
Ağsifət delfin (Lagenorhynchus albiostris) - 20-30 il
Adi delfin (Delphinus delphis) - 30 il
Afalin delfini (Tursiop truncatus) - 35-40 il
Boz delfin (Grampus griceus) - 20-30 il