Daşkənd şəhəri hansı ölkənin paytaxtıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Özbəkistan Respublikasının paytaxtı olan Daşkənd şəhəri Orta Asiyanın və Özbəkistanın ən böyük şəhəridir. Daşkənd aqlomerasiyası ölkənin mühüm siyasi, iqtisadi, mədəni və elmi mərkəzidir. Şəhər ölkənin şimal şərqində, Çirçik çayının dərəsində yerləşir.

Daşkənd şəhəri subtropik və mülayim kontinental iqlim zonasında yerləşir. İl ərzində 440 mm yağıntı düşür, şaxtalı günlər davamlı olmasa da temperatur -20 dərəcəyə kimi düşə bilir. Mütləq minimum temperatur -29.5 (1930-cu il dekabrın 20-il), mütləq  maksimal temperatur isə +44,6 (1997-ci il 18 iyul-da) dərəcəyə bərabərdir.

 Əsas sənaye sahələri maşınqayırma, elektrotexnika, yüngül, yeyinti və kimya sənayesidir.

0 points
Geraylı Cavidan answered

Özbəkistan

0 points