Tornado answered
Efiopiya ərazisində yerləşən Dallol vulkanı Danakil depressiya sahəsinində dəniz səviyyəsindən 130 metr aşağıda olan Afar çökəkliyində yerləşən fəal vulkandır.
Vulkan axırıncı dəfə 1926-cı ildə püskürmüşdür. Bu ərazi illik orta temperaturun çox yüksək olması ilə fərqlənir. Bu ərazi planetin təcrid olunmuş bir yeri kimi fəaliyyət göstərir. Bura haqqında məlumatı karvan yolları ilə duz dalınca gedənlər gətirirdilər.
Yerdəki vulkanlara oxşamayan görkəminə görə onu Yupiterin İo peykinə bənzədirlər. Vulkan lavasının tərkibi kükürd və andezitdən ibarətdir. Son püskürmə nəticəsində əmələ gələn gölün suyunun rəngi bənövşəyi-sarı rəngdədir. Bunun səbəbi kükürdün digər minerallar ilə qarışmasıdır.