Dalğa külək və digər təsirlərdən yaranan suyun hərəkət formasıdır. Dalğanın yalı, dabanı, uzunluğu və hündürlüyü olur. Dalğanın yalı onun yuxarı hissəsi, dabanı aşağı hissəsi, iki yal arasındakı məsafə uzunluğu, yal ilə daban arasındakı məsafə isə hündürlüyüdür.
Dalğa müxtəlif səbəblərdən yarana bilir: Külək, sualtı vulkan püskürməsi, zəlzələvə s. Külək dalğlarının maksimum hündürlüyü 34 metr ola bilir. Okeanda maksimum uzunluğu 400 metr ola bilir. Sunami dalğaları sualtı vulkan püskürməsi və zəlzələ zamanı yaranan dalğalardır ki, bu dalğalar açıq okeanda az hündürlüyə və çox böyük sürətə malik olurlar, sahilə çatdıqda isə dalğanın hündürlüyü maksimal həddə çatır.
Qabarma nəticəsində də bəzi çayların mənsəbində yaranan dalğa suyun əks istiqamətdə axmasına səbəb olur, bu da bor hadisəsi adlanır.