Ciddə şəhəri Qırmızı dənizin sahilində ensiz sahil boyu uzanan Tixama səhrasında yerləşən şəhərdir. Məkkə vilayətinin inzibati mərkəzi sayılan Ciddə şəhəri Səudiyyə Ərəbistanının ikinci böyük şəhəridir.
İsti səhra iqliminə malik olan bu şəhərdə yağışın düşməsi çox nadir hallarda olur ki, bu da qış aylarına təsadüf edir. Tez-tez qum fırtınaları olur.
Ciddə şəhəri ölkənin iqtisadi mərkəzi sayılır. Əhalisinin 45%-i Səudiyyə ərəbistanı vətəndaşıdır, qalanı isə burada müvəqqəti məskunlaşan işçilərdir. Bunlar əsasən Misir, Somali, Pakistan, Banqladeş, Hindistan, Sudandan gəlirlər. İqtisadiyyatının əsasını bank sistemi, ticarət, turizm, loqistika təşkil edir.
Ciddənin ən görməli yerlərindən biri Həvvanın qəbridir. Şəhər həmdə, ölkənin iqtisadi mərkəzi sayılır.