Məşhəd şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İran İslam Respublikasının şərqində yerləşən Xorasan əyalətinin Rəzavi Xorasan Ostanının inzibati mərkəzi olan Məşhəd şəhəri İranın ikinci böyük şəhəridir. Məşhəd əyalətin ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzi sayılır. XI əsrdə Məşhəd şəhərinin yerində Sənaabad kəndi olmuşdur. İmam Rzanın məqbərəsi, Nadir şahın məqbərəsi, Firdovsinin qəbri bu şəhərdədir.

İqlimi subtropikin kontinental tipi olub mütləq maksimum temperatur 50.5 dərəcə olmuşdur. 

Məşhəd şəhərində zərgərlik və xalçaçılıq tarixən ənənəvi təsərrüfat sahələri olub indi də öz əhəmiyyətini saxlayır. Bundan başqa şəhərdə metal emalı, toxuculuq, gön-ayaqqabı və yeyinti sənayesi də inkişaf edib.

İmam Rzanın qəbrini ziyarət etmək üçün şiələr Məşhəd şəhərinə gəlirlər. Şiə bayramları zamanı isə burada daha çox adam olur. Hər il şəhərə 20 milyon ziyarətçi və turist gəlir.

0 points