Tornado answered
Atlantik okeanının cənubunda yerləşən Cənubi Georgiya arxipelaqı Cənubi Georgiya, Cənubi Sandviç və başqa adalardan ibarətdir. Arxipelaqın ən böyük adası Cənubi Georgiya adasıdır. Adanın sahəsi 3528 km²-ə bərabərdir. Ən hündür yeri Peycet (2934 m) dağıdır.
Cənubi Georgiya arxipelaqını ilk dəfə 1675-ci ildə Antoni de le Roşe kəşf etmişdir və ərazinin ilk xəritəsini 1775-ci ildə Ceyms Kuk tərtib etmişdir.
Ada Böyük Britaniyanın dəniz ərazilərinə daxil olsa da idarə edilməsinə Folklend adalarının qubernatoru nəzarət edir. Subantarktik iqlimə malikdir. Ərazisi tundra ilə örtülüb. Adada Kinq Eduard Poynt və Berd Aylend elmi stansiyaları fəaliyyət göstərir.