Tornado answered
YUNESKO tərəfindən Ümumdünya irsi sayılan bu məscid Qərbi Afrikanın Mali Respublikasının Cənnə şəhərində yerləşir. Cənnədə birinci məscidin nə zaman tikilməsi dəqiq məlum deyil. Məscid haqqında ilk yazılı məlumat 1828-ci ildə oraya səyahət etmiş fransız tədqiqatçısı Rene Kale tərəfindən verilmişdir.
Çiy kərpicdən tikilmiş bu məscid dəfələrlə dağılıb yenidən tikilmişdir. Ən son 2006-2007-ci illərdə tikilərək indiki vəziyyəti almışdır. Cənnə məscidi dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi hesab olunur. Hər il təşkil olunan festival zamanı məscidin təmir işləri görülür. Məscid həm Mali xalqı üçün böyük əhəmiyyət daşıyır.