CD-yə necə fayl yazılır?
Bundan əvvəl bu işi görən disketlər var idi. Ancaq bunlar daha tez xarab olur və içərisindəki fayllar itirdi. Daha sonra isə sıxılmış disklər yəni CD-lər yarandı.
CD bir neçə təbəqədən ibarətdir. Etiket olan təbəqə, qoruyucu təbəqə, əks etdirən təbəqə, pit, land hissələri və polikarbon ən alt təbəqədir. Bütün CD-lərdə içəridən çölə doğru gedən spiral bir yol vardır. CD oxunarkən yollanan lazer işıqları bu yoldakı yazıları oxuyur. Bu yol təqribən 5-6 km uzunluğundadır.
Hal-hazırdakı CD-lərin polikarbon təbəqəsi çuxur halındadır (pit), çuxurun kənarındakı hissə isə ona görə daha yüksəkdə qalan yerə lands deyilir. Faylların yazıldığı çuxur 0.1 mikrometrdən biraz artıq dərinlikdədir, genişliyi isə təqribən 0,5 mikrometrdir. Lazer işığı bu çuxur və landslardan fərqli əks edildiyindən oxunan yazılar 1 və 0-lar şəklində olur.