Çayların dağıdıcı fəaliyyəti haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çayların dağıdıcı fəaliyyəti onun keçdiyi ərazilərdəki süxurları dağıdıb parçalaması prosesinə deyilir ki, bu da çay eroziyası vasitəsi ilə həyata keçirilir. Çay eroziyası müxtəlif formalı çay dərələrinin formalaşmasına səbəb olur ki, bu da ərazinin meyilliliyindən, çayın axım sürətindən, burada yerləşən süxurların xarakterindən asılıdır.

Çay eroziyasının 2 növü var: dib və yan eroziyası. Dib eroziyası adətən dağlıq ərazidə yerləşən çaylarda güclü olur. Bu eroziya nəticəsində V- şəkilli (ərazidə olan süxurlar bərk olduqda) və kanyon dərələr formalasır (çay yumşaq süxurların olduğu ərazidən keçdikdə). Yan eroziyası isə adətən düzənlik çaylarında baş verir ki, buna səbəb axın sürətinin aşağı düşməsi və çayın sahili daha çox yuması olur.

0 points