Eroziya bazisi nəyə deyilir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çayın eroziya fəaliyyəti onun hər hansı bir hövzəyə töküldüyü yerə qədər davam edir. Bu yerlər elə bir hüdud təşkil edir ki, çayın dağıdıcı fəaliyyəti bundan sonra davam edə bilmir. Çayın dağıdıcı fəaliyyətinin qurtardığı bu yerə eroziya bazisi deyilir.

Eroziya bazisi çayın töküldüyü başqa çayın səviyyəsi, gölün, dənizin, okeanın və s. su hövzələrinin səviyyəsi ola bilər. Məsələn Volqa, Kür, Samur və s. Xəzərə tökülən bütün çaylar üçün eroziya bazisi xəzərin səviyyəsidir. Yaxud, Araz çayının eroziya bazisi Kürün səviyyəsi, Arpaçayın eroziya bazisi Arazın səviyyəsidir.

0 points
Nihat Əfəndi answered

Çayın öz qüvvəsini itirib yatağını daha dərinləşdirə bilmədiyi üfüqi səviyyə

0 points