Əsas çay öz qolları ilə birləşərək çay sistemini əmələ gətirir. Çayın qolları 1-ci, 2-ci, 3-cü və s. dərəcəli qollara ayrılır. Əsas çaya tökülən qolun neçənci dərəcəli qol olduğunu müəyyən etmək üçün çay sisteminə baxırıq. Birbaşa əsas çaya tökülən qol 1-ci dərəcəli qol sayılır. Məsələn, Araz çayı, Şəmkirçay, Qanıx və s. Kür çayının 1-ci dərəcəli qollarıdır.
1-ci dərəcəli qola tökülən digər qol 2-ci dərəcəli qol adlanır. Araz çayının qolu olan Arpaçay Araz üçün birinci dərəcəli, Kür üçün isə ikinci dərəcəli qol sayılır. Bu qayda ilə çay sistemində olan bütün çayların neçənci dərəcəli qol olduğunu müəyyən etmək olar.
Cayın sağ və sol qollarını müəyyən etmək üçün isə, çayın axını istiqamətində baxırıq sağ tərəf sağ qol, sol dərəf isə sol qol sayılır.