Çad gölünə hansı çay tökülür?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Çad gölü Mərkəzi Afrikada yerləşir. İqlim quraqlığı ilə əlaqədar quruma təhlükəsində oln bu gölü Şari çayı qidalandırır. Gölün suyunun 90%-ni bu çay təmin edir. Çad əhalisinin çox hissəsi Şari və onun qolu olan Loqon çayı ətrafında cəmlənmişdir. Göl Çad, Kamerun, Niger və Nigeriya ölkələrinin sahilini yuyur və bu ölkələrin 30 milyona qədər əhalisinin həyatında mühüm əhəmiyyət kəsb edir.

Gölün çuxuru yer qabığının hərəkəti nəticəsində yaranmış çökəklik olub dəniz cəviyyəsindən 280 m yuxarıda yerləşir. Göl səhra ilə savanna arasında yerləşir. Yağıntılı dövrdə gölün sahəsi ənəmiyyətli dərəcədə böyüyür.

Deyilənə görə Çad gölünün suyu hər 100 ildən bir əhəmiyyətli dərəcədə qalxırmış və axır son 200 ildə bu baş vermədiyindən göl quruma qarşısındadır.

0 points