Örtük buzlaqları yer səthinə düşən yağıntıdan əmələ gəldiyinə və yağıntı suları da şirin sular olduğuna görə tam əminliklə deyə bilərik ki, buzlaqlarda olan sular şirin sulardır. Elə bu səbəbdən də buzlaqların çox böyük əhəmiyyəti vardır. Dağ buzlaqlarının çayların qidalanmasında rolu böyükdür.
Dünyanın bir sıra çaylarının (məsələn, Amudərya, Sırdərya və s.) qidasını əsas buzlaq suları təşkil edir, və ya bir çox çayların qidalanmasında mühüm yer tutur (Yantszı, Xuanxe, Hind, Qanq və başqaları). Hazırda su problemi olan ölkələr bu buzlardan istifadə etməyə çalışırlar.
Okean suları donduqda, orada buz kristalları ancaq su malekullarından əmələ gəldiyi üçün duzlar ondan ayrılaraq suda qalır və buzun altında qalan suyun duzluluğunu artırır. Elə bu səbəbdən də dəniz buzları yüngül və məsaməli olurlar. Dənizçilər şirin suya ehtiyacları olduqda bu buzlardan istifadə edirdilər.