Buynuzlu dəbilqəni kimlər taxırdı?
Demək olarki hamımız bu suala "Vikinqlər" deyə cavab verəcəyik. Ancaq bu belə deyil, əslində buynuzlu dəbilqələri ilk dəfə kelt rahibləri taxırlarmış.
Avropadakı arxeoloqlar tərəfindən indiyə qədər tapılmış heçbir buynuzlu dəbilqə vikinqlərin zamanından ( E.Ə 700-1100) qalma deyil, çoxu keltlərə aiddir və dəmir dövründə düzəldilmişdir. Buna 1860-ci illərdə Temza çayında tapılan və hal-hazırda Britaniya Muzeyində (British Museum) saxlanan məhşur dəbilqədə daxildir. Metalın yüngüllüyü və incə əl işçiliyinin olması dəbilqənin daha çox müharibələrdə deyil mərasimlərdə istifadə edildiyini göstərir.
Dəqiq olaraq indiyə qədər tapılan tək vikinq dəbilqəsi E.Ə 10-cu yüzillikdən qalmadır. Dəmirdən olan bu dəbilqə bir vikinq başçısının qəbrində tapılmışdır. Dəmir çərçivəli eynəklərə bənzəyən içdən yerləşmiş göz qoruyucuları olan miz papağa bənzəyir. Ancaq həmin dəbilqə üzərində buynuzun izinə belə rast gəlinməyib. O zamanlardan qalma illustrasiyalardada döyüşçülər dəri ucu miz papaqlarda vəya açıq başda təsvir edilmişdir.
Buynuzlu dəbilqələrin vikinqlərlə əlaqələndirilməsi isə 19-cu yüzillikdən başlanmışdır. O dövürdə millətlər mifoloji keçmişlərini yenidən canlandırırdılar. Skandinavlarda bu axıma qatılaraq qədim şimal dastanlarını təzədən canlandırmağa başladılar. Bunlardan biridə İsveçli bir illustrator olan Qustav Malmstrom oldu. O qəhramanını kiçik buynuzlu və əjdaha qanadları ilə təsvir etmişdir. O gündən indiki zamana qədər həmin qəhrəman vikinqlərin güclü imicini yaratdı.
Digər tərəfdəndə dini mərasimlərdə baş qismini buynuzlarla bəzəmək keltlərin yayılmış bir ənənəsi idi.