Buğda nədir?
Tornado answered
Buğda ərzaq bitkisi olub qırtıckimilər fəsiləsinə daxildir. Saçaqlı köklərə və uzun, sünbüllü saplağa malik birillik ot bitkisidir. Dünyada ən çox yetişdirilən bitki növü olub 70-dən çox ölkədə becərilir.
22 botaniki növü olan buğdanın ən çox iki növü; yumşaq və bərk buğda növləri geniş yayılmışdir. Düıyada əkilib becərilən ilk bitki olan buğda eramızdan əvvəl 9-cu minilliklərdən qərbi Asiyada yetişdirilməyə başlanmışdır. İqlim şəraitinə az tələbkar olduğuna görə onu tropik subtropik və mülayım qurşağın demək olarki, hər yerində yetişdirirlər.
Buğda istehsalına görə Cin dünyada 1-ci yeri tutur.
İxracatına görə isə ABŞ, Kanada, Avstraliya, Fransa, Argentina öndə gedir. Əsasən çöl və meşəçöl zonasında çox məhsuldarlığa malik olur.