Böyük Xinqan dağları haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Böyük Xinqan dağları Avrasiya materikinin şərqində, Çin və Monqolustan ərazisində yerləşən dağlardır. Vulkanik dağlar olan Böyük Xinqan dağları Çinin şimal şərqində, Daxili Monqolustan muxtar rayonu ərazisində və Monqolustanın şərqində yerləşir.

Böyük Xinqan dağları cənub qərbdən şimal şərq istiqamətində 1200 metr məsafədə uzanır. Ən hündür yeri (hündürlüyü 2000 m-ə qədər olan) Xuanqanşan dağıdır. Dağın qərb yamacı uzun və mailidir, şərq yamacı isə sıldırım, kəskin parçalanmış relyefə malikdir. Zirvə qranit, liparit, andezit kimi süxurlardan ibarətdir.

Böyük Xinqan dağlarının şimal yamacı daimi donuşluqdur. Dağlar rütubətli və quraq Asiya arasında sərhəd təşkil edir.

0 points