Tornado answered
Böyük Viktoriya səhrası Avstraliyada yerləşir. Səhra Qərbi Avstraliya və Cənubi Avstraliya ərazisində yerləşən qumlu şoran səhradır. Səhranın sahəsi 424 400 km²-a bərabərdir.
Böyük Viktoriya səhrasının adını ilk dəfə 1875-ci ildə səhranı keçən Avropalı səyyah Ernest Cayls Britaniya kraliçası Viktoriyanın şərəfinə Viktoriya adlandırmışdır.
Quraq iqlimlə əlaqədar olaraq səhrada kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Cənubi Avstraliyada səhrada Mamunqari qoruq zonası yerləşir. Orta illik yağıntının miqdarı 200-250 mm, yayda temperatur 32-40 dərəcə, qışda isə 18-23 dərəcə olur.