Tornado answered
Böyük Hövzə yaylası Şimali Amerika materikinin qərbində şimaldan cənuba doğru uzanır. Yayla qərbdən Syerra-Nevada, Kaskad şərqdən isə Qayalı dağlarla əhatələnib. Sahəsi 500 000 km²-dən çoxdur. Təxminən 10 000 il əvvəl burada böyük bir göl olmuşdur.
Buraya ABŞ-nın Nevada ştatının Böyük bir hissəsi, Yuta ştatının yarısı, Kaliforniya, Oreqon və Aydaxo ştatlarının da müəyyən bir hissəsi daxildir.
Bura Şimali Amerikanın ən quraq ərazilərindən biridir. Qədimdə mövcud olmuş gölün yerində Böyük duzlu göl və şoranlıqlar qalmışdır. Burada olan ən böyük çay Humbolt və Traki çaylarıdır.
Yaylanın ərazisi zəif məskunlaşıb. Əvvəllər burada ancaq böyük hövzə hinduları yaşayırdılar.