Borjomi mineral bulağı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Məşhur mineral su olan Borjomi suyu, Gürcüstan Respublikasının Borjomi dərəsində təbii bulaq, artezian şəklində çıxan qazlı və adi sudur. Bu bulaqların min il əvvəldən mövcud olmasını XX əsrdə burada tapılmış olan 7 daş vanna sübut etdi. Bunlar sübut edir ki, əvvəllər bu sudan daha çox çimmək üçün istifadə edirmişlər. 1829-cu ildə bu bulaqlar yenidən hərbiçilər tərəfindən kəşf edilir və onun ilk qablaşdırılması 1850-ci ildə hərbi xəstəxananın əczaçısı Zaxarov tərəfindən həyata keçirilmiş və1300 butilka doldurub satışa çıxarılmışdır.

Hazırda Borjomi suyu açıq göyə çalan yaşıl rəngli potentləşdirilmiş xüsusi adı olan "Georgian Green" (Gürcüstan yaşılı) butulkada istehsal edilir. 1830-cu ildən indiyə qədər aparılan labaratoriya analizləri suyun tərkibinin dəyişməz qaldığını sübut edir. 1929-cu ildən 1982-ci ilə qədər aparılan geoloyi tədqiqatlar nəticəsində ərazidə 18.4m-dən 1502m-ə qədər dərinlikdə 57 quyu qazılmışdır. O vaxta kimi burada təbii üsulla səthə çıxan iki bulaq var idi bunlardan biri Yevgeni və digəri Yekaterina bulağı adlanırdı. Hazırda dünyanın 30 ölkəsinə "Borjomi suyu" tədarük edilir.

0 points