Tornado answered
Bisau Qərbi Afrikada yerləşən Qvneya-Bisaunun paytaxtıdır. Şəhərin əsası 1687-ci ildə qul alverini həyata keçirmək üçün portuqallar qoymuşdular. 1942-ci ildən şəhər Portuqal Qvineyasının inzibati mərkəzinə çevrildi. İqlimi subekvatorial olub quraqlıq dövrü noyabrdan aprelə qədər davam edir.
Ölkənin əsas limanı, sənaye mərkəzi, nəqliyat mərkəzi sayılır. Osvald Bieyr adına hava limanı fəaliyyət göstərir. Palma yağı, araxis, dəri, meşə materialları istehsalı, yüngül sənaye, mebel, gəmitəmiri müəssisələri mövcuddur.