Birinci Balkan müharibəsində hansı dövlətlər qalib gəlmişdir?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Birinci Balkan müharibəsi ( 8 Oktyabr 1912- 30 May 1913) Osmanlı Dövləti və Bolqarıstan, Serbiya, Monteneqro(Çernoqoriya), Yunanıstan dövlətləri arasında baş vermişdir. Bolqarıstan dövləti müstəqillik qazandıqdan sonra Balkan siyasətində aktiv rol oymağa çalışırdı. Serbiya dövlətidə eyni siyasəti izləyirdi. Lakin Rusiya bu dövlətlərin mənafelərinin toqquşmasını əngəlləyərək onları Osmanlı dövlətinə qarşı ittifaq olmağa təşviq etdi. Sonradan bu ittifaqa Yunanıstan və Monteneqro dövlətləri də qatıldı. Məqsəd Osmanlı dövlətinin siyasi-iqtisadi zəifliyindən faydalanıb onun Balkanlardakı ərazilərinə yiyələnmək idi.

Osmanlı ordusu 4 Balkan dövlətinin qüvvələri qarşısında dörd yerə bölünmüşdü. Bundan əlavə Osmanlı ordusu yeni qurulmuşdu və təcrübəsiz şəxsi heyyətə malik idi. Bu səbəbdən müharibə başlayan kimi Osmanlı orduları məğlub olmağa və geri çəkilməyə başladı. Bundan təşvişə düşən İngiltərə Balkan dövlətlərini sülhə məcbur etdi və nəticədə Osmanlı dövləti Ədirnə vilayəti daxil olmaqla Balkanlardakı qalan ərazilərinin çoxunu itirdi. Lakin Balkan dövlətləri arasında bu ərazilərin bölüşdürülməsi zamanı ziddiyətlər yarandı və bu da ikinci Balkan müharibəsinə səbəb oldu.

0 points