Bu sualın cavabını tam aydınlaşdırmamışdan əvvəl dənizin nə olduğunu yadımıza salaq. Dəniz okeanın quru ilə və ya sualtı tirələrlə ayrımış hissəsinə deyilir. Yəni buradan belə bir nəticəyə gəlmək olur ki, dənizin öz təbii çuxuru olmalıdır və həm də suyunun fiziki kimyəvi xüsusiyyətlərinə gorə yerləşdiyi su hövzəsindən fərqlənməlidir. Dənizin içərisində digər dəniz ayrıldıqdada bu əsas götürülür. Yəni, dənzin daxilində olan başqa dənizin sualtı sərhədləri olur və suyunun xüsusiyyətlərinə görə az da olsa digərlərindən fərqlənir.
Beynəlxalq Hidroqrafiya təşkilatının (İHO) məlumatına görə Aralıq dənizi biri neçə kiçik dənizə ayrılır. Bu dənizlərə aşağıdakıları göstərə bilərik:
Albaran dənizi - Ispaniya və Mərakeş arasında yerləşir.
Balear dənizi - İspaniya və Balear adaları arasında yerləşir.
Liquriya dənizi - Korsika ilə Liquriya (İtaliya) arasında yerləşir.
Tirren dənizi - Korsika, Sardiniya, Siciliya və Apennin yarımadası ilə əhatələnib.
İon dənizi - İtaliya, Albaniya, Yunanıstan arasında yerləşir.
Adriatik dənizi - İtaliya, Sloveniya, Bosniya, Xorvatiya, Bosniya və Herseqovina, Qaradağ (Çernoqoriya) və Albaniya arasında yerləşir.
Egey dənizi - Yunanıstan və Türkiyə arasında yerləşir.
Bunlardan əlavə Aralıq dənizində Beynəlxalq Hidroqrafiya Təşkilatı tərəfindən tanınmayan daha kiçik dənizlər də mövcuddur.