Biocoğrafiya canlıların ( bitki, heyvan, və mikroorqanizmlərin ) coğrafi yayılmasını və yayılma qanunauyğunluqlarını öyrənən bir elmdir. Biocoğrafiya fitocorafiya və zoocoğrafiya deyə iki sahəyə ayrılır. Bu elm coğrafiya, biologiya, ekologiya elminin naliyətlərini özündə birləşdirir. Bu elmin məqsədi təkcə orqanizmlərin morfologiyasını, sistematikasını, fiziologiyasını öyrənməkdən ibarət olmayıb, həm də ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənir və onlar üzərində tədqiqat aparır.
Biocoğrafiya elminin praktik əhəmiyyəti böyükdür. Əgər təbii bitki örtüyünü və heyvanat aləmi kor- koranə istismar edilərsə o zaman həmin ərazidə bioloyi kütlənin təmamilə tükənməsi baş verər ki, bunun da gələcəkdə mənfi nəticələri ola bilər. Məsələn,savannaların həddindən artıq mənimsənilməsi (otlaq sahələri kimi istifadə edilməsi) həmin ərazilərin səhralaşma prosesinin güclənməsinə səbəb oldu.