Tornado answered
Bermud adaları Atlantik okeanının şimal qərbində yerləşən adalar qrupudur. Mənşəyinə görə mərcan adaları olan adalar qrupunda irili xırdalı 181 ada var. Bunlardan 10 ada bir-biri ilə körpülər vasitəsi ilə birləşmişdir. Adalar dəniz yollarının üzərində yerləşir. Paytaxtı Hamilton şəhəridir.
İlk dəfə adaları İspan dənizçisi Xuan Bermudes 1503-cü ildə kəşf etmişdir və oranı Şeytan adası adlandırmışdır. Adalar sonralar onun şərəfinə Bermud adlandırılmışdır. Adalar haqqında söylənilən müammalı hadisələr: oradan keçən gəmilərin yox olması və tapılarkən içəridə heç kimin olmaması, təyyarələrln oradan keçərkən idarəetmə sisteminin pozulması və s. buranı sirli bir dünyaya çevirmişdir.