Tornado answered
Benin Respublikası Afrika qitəsində Qərbi Afrika regionunda yerləşən bir dövlətdir.
Ölkənin Qvineya körfəzinə çıxışı var. Şimal qonşuları Burkina-Faso və Niger, Şərqdə Nigeriya, qərbdə isə Toqo Respublikasıdır.
Paytaxtı Porto Novo şəhəridir. Qədimdə ölkənin şimalında qurma tayfaları, cənubunda isə fon və asa tayfaları yaşayırdı. 1893-cü ildən ölkə Fransanın müstəmləkəsinə çevrildi.
Subekvatorial və ekvatorial iqlimə malikdir. Yağıntılı dövr iki yerə ayrılır, martdan iyula qədər və sentyabrın axırından noyabrın axırına qədər. Ölkənin şimalında subekvatorial qurşağa düşən hissədə iki mövsüm, quraq (dekabrdan maya kimi) və yağıntılı (iyundan noyabra kimi) aydın nəzərə çarpır.
Ölkənin iqtisadiyatı əsasən kənd təsərrüfatından asılıdır.